Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov: “Qanundankənar dini fəaliyyətlərə qarşı qanun çərçivəsində münasibət bildirilib”
30.04.10 21:47

Ötən ilin payızından bu günə kimi 350-yə yaxın dini icma dövlət qeydiyyatına alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. O qeyd edib ki, 10-dan artıq dini icmanın qeydiyyatından imtina edilib. Qeydiyyatdan imtina olunan dini icmaların İslam və qeyri-islam təmayüllü olduğunu diqqətə çatdıran H.Orucov əlavə edib ki, imtinanın səbəbi onların sənədlərinin qanunauyğun tərtib olunmamasıdır. H.Orucov Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olanlara da münasibətini açıqlayıb. “Qanundankənar hərəkət edənlərə qarşı qanun çərçivəsində münasibət bildirilib və bildiriləcək. Dövlət Komissiyasının öz funksiyaları, hüquq-mühafizə orqanlarının isə öz səlahiyyətləri var. Bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir”,-deyə H.Orucov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1140.html