Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Abdulla Gül: “Bilərək və ya bilməyərəkdən qardaşlığı zədələyən hərəkətlərdən uzaq durmaq lazımdır”
22.10.09 22:48

“Azərbaycanla bir millətik və hər zaman, hər yerdə həmrəyliyimizi nümayiş etdiririk. Azərbaycan bizə qardaş ölkədir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Abdulla Gül ölkəsində səfərdə olan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. A.Gül iki ölkə arasında anlaşılmazlıqlar və qardaşlığı zədələyəcək davranışlardan qaçmaq lazım olduğunu bildirib. Mürəkkəb mərhələlərdə bəzən romantika, səhv mənaların olduğunu etiraf edən A.Gül Azərbaycan prezidenti İlham Əliyevlə aralarındakı telefon danışığına toxunub. “Biz telefon danışığında bir-birimizə güvəndiyimizi bir daha təsdiqlədik. Xarici işlər nazirimiz Bakıdadır və o, da İlham Əliyevə daha geniş şəkildə məlumat verəcək. Bu yaxınlarda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da görüşmüşdük. Mən bir daha hər kəsi diqqətli olmağa çağırıram. Bilərək və ya bilməyərəkdən qardaşlığı zədələyən hərəkətlər ola bilər. Bunlardan uzaq durmaq lazımdır”,-deyə A.Gül qardaşlığın birlyini istəməyən qüvvələrə mesaj göndərib.
URL / WWW
http://kelam.az/article/a-114.html