Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərin magistratura pilləsinə imtahan vermək üçün 15362 bakalavr ərizə verib
01.05.10 03:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanla bağlı ərizələrin qəbulu internet vasitəsilə aprelin 12-dən 19-dək aparılıb və 15 362 bakalavr ərizə verib. Onlardan 13 563 Azərbaycan bölməsi, 1799 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7508 nəfəri oğlan, 7854 nəfəri isə qızlardır. Bakalavrlardan 9193 nəfəri 2010-cu ilin məzunlarıdır. Qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 103 imtahan rəhbəri, 1081 nəzarətçi-müəllim cəlb olunub. İmtahan saat 14:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılırlar. İkinci mərhələyə buraxılan bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İkinci mərhələnin imtahanı iyunun 20-də keçiriləcək və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.
URL / WWW
http://kelam.az/article/a-1138.html