Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » H.Orucov: “Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər”
01.05.10 03:45

Şuşadakı Azərbaycan məscidi bərpa olunanda mütləq Azərbaycan mütəxəssislərinin rəyi nəzərə alınmalı, bununla bağlı Azərbaycana müraciət olunmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Dini Liderlərinin ümumdünya sammitində iştirak etmək üçün Bakıya gələn bütün ermənilərin katalikosu II Qareginin Şuşa məscidinin bərpası ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, sırf Azərbaycana məxsus Şuşa məscidinin saxtalaşdırılmasının qarşısını almaq üçün azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır. “Mən o məscidi çox yaxşı xatırlayıram. Məscid sırf Azərbaycan memarlığı üslubundadır. Onu başqa müsəlman ölkəsinin üslubuna oxşatmaq və ya təhrif etmək olmaz”,-deyən H.Orucov əlavə edib ki, ermənilər təkcə Dağlıq Qarabağ ərazisində deyil, işğal etdikləri bütün 20 faiz torpaqlarda milli, dini abidələrin hamısını məhv edib, qədim alban abidələrini isə qriqoryanlaşdırıblar. “Bu gün Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında məzarlıqlardan tutmuş məscidlərə, türbələrə, ziyarətgahlara qədər bütün milli və dini abidələrin hamısı məhv edilib. Şübhəsiz ki, Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər. Çünki ölkə prezidenti bu barədə hər yerdə açıq danışır. Azərbaycan abidələrinə qarşı ermənilər tərəfindən soyqırımı və vandalizm törədildiyi beynəlxalq təşkilatlar tərəfindən artıq qəbul olunub. Bəlkə buna görə onlar sadəcə görüntü yaratmaq istəyirlər”,-deyən Komitə sədri bildirib ki, ermənilərin törətdiyi bütün vandallıqlara baxmayaraq, Bakıda, şəhərin mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. “Mən bu barədə II Qareginin özünə də dedim. Azərbaycan xalqı bu kilsəni hətta ən ağır günlərdə də qoruyub saxlayıb. Orada şəhərin böyük kitabxanalarından birinin kitab fondu yerləşir. Amma burada hər şey yüksək səviyyədə, səliqə-sahmanlıdır, yəni kilsədə ibadət də etmək olar. Qaregin mənə dedi ki, İrəvanda məscid bərpa olunub, lakin bu məscid İrandan müvəqqəti işləməyə gələnlər üçündür. Hətta Qaregin Bakıdakı həmin kilsədə keşiş kimi xidmət edib. O mənə Bakının tanınmaz olduğunu dedi və çox dərin fikrə getdi. Bu yəqin ki, yeni Bakının, Azərbaycanın inkişafının təsiri idi”,-deyə H.Orucov məsələyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-1135.html