Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » A.Məhərrəmov: “Türkiyəli tələbələrin diplomlarının tanınmaması problemi hələ də qalmaqdadır”
29.04.10 21:33

Azərbaycanda hüquq təhsili alan türkiyəli tələbələrin diplomlarının öz ölkələrində tanınmaması problemi hələ də qalmaqdadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-praktiki konfransda universitetin rektoru, akademik Abel Məhərrəmov söyləyib. “Türkiyəli tələbələr burada dörd il, beş il, hətta magistraturada qalıb yeddi il oxuyurlar, gedərkən diplomları orada qəbul olunmur. Sual olunur, biz bunları fakültəyə götürməmişik, onları Türkiyə dövləti göndərib”,-deyən A.Məhərrəmov bu mövzunun sözügedən konfrans çərçivəsində müzakirə edilməsinin zəruri olduğunu vurğulayıb. A.Məhərrəmov bildirib ki, diskussiyaların nəticəsi olaraq müvafiq qərar qəbul edilməli və qərar, konfransın yekun qətnaməsinə daxil edilməlidir. BDU-da 1500-ə yaxın əcnəbi tələbənin təhsil aldığını söyləyən A.Məhərəmov bildirib ki, bunların da əksəriyyətini türkiyəli tələbələr təşkil edir.Qeyd edək ki, konfransdakı çıxışında Türkiyənin ölkəmizdəki səfiri Hullusi Kılıç bu məsələyə də münasibət bildirib O qeyd edib ki, sözügedən problem iki ay öncə müzakirə olunub. O, ümid etdiyini bildirib ki, problem yaxın gələcəkdə öz həllini tapacaq.
URL / WWW
http://kelam.az/article/a-1133.html