Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU ilə bir sıra universitetlər arasında əməkdaşlığa dair protokol imzalanıb
30.04.10 03:33

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmail Yüksel və rektor yardımçısı Mehmet Ahlatçıoğlu ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə A.Məhərrəmov Türkiyə ilə münasibətlər, o cümlədən təhsil sahəsində əməkdaşlıq və gələcək perspektivlərdən bəhs olunub. İ.Yüksel isə BDU ilə tanışlıqdan məmnun qaldığını söyləyib. Görüşdə xüsusən təbiət elmləri sahəsində tələbə mübadiləsi məsələləri də müzakirə edilib. A.Məhərrəmov qeyd edib ki, görüşün nəticəsi olaraq universitetin kimya, biologiya və fizika fakültəsindən 3 nəfər tələbə Yıldız Texnik Universitetinə, daha sonra isə həmin universitetdən eyni sayda tələbə BDU-da mübadilə keçəcəklər. Tədbirin sonunda A.Məhərrəmov və İ.Yüksel arasında əməkdaşlığa dair protokol imzalanıb. Qeyd edək ki, əməkdaşlığa dair protokol, həmçinin BDU ilə Stavropol Dövlət Universiteti arasında da imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-1132.html