Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsi qarşısında çıxış edib
30.04.10 04:33

Amerika Yəhudi Komitəsinin (AYK) dəvətilə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev komitənin illik konfransı çərçivəsində təşkil olunmuş xüsusi tədbirdə çıxış edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Vaşinqtondakı səfirliyindən veriblər. Tədbirdə ABŞ yəhudi icmasının yüksək rütbəli nümayəndələri iştirak ediblər. AYK-nin prezidenti Riçard Saydman və icraçı katibi Deyvid Xarris səfiri salamlayaraq, Azərbaycanın çoxəsrlik dözümlülük ənənələrini, xüsusilə çoxsaylı yəhudi icmasına daima xoş münasibətini vurğulayıblar. Azərbaycanın İsrail ilə dost münasibətləri, onun ABŞ və İsrail üçün strateji tərəfdaş kimi xüsusi önəmi qeyd olunub. Səfir Y.Əliyev çıxış edərək Azərbaycan yəhudilərinin tarixi, azərbaycanlıların etnik və dini dözümlülüyü, azərbaycanlılarla yəhudilər arasındakı sıx bağlardan danışaraq, Azərbaycanla İsrail arasında getdikcə daha da möhkəmlənən və çoxşaxəli səciyyə daşıyan münasibətlərin əhəmiyyətini vurğulayıb. Diplomat, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu, ABŞ-ın Əfqanıstanda sülhün qorunması səylərinə Azərbaycanın dəstəyi, ölkəmizin regiondakı açar rolu və Avropanın enerji təhlükəsizliyi üçün önəmi barədə danışıb. Y.Əliyev iştirakçıların diqqətini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına cəlb edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarıa qaytarılması üçün beynəlxalq ictimaiyyətin hüquqi və mənəvi məsuliyyət daşıdığını bildirib. Konfransda ABŞ dövlət katibi Hillari Klinton, İsrailin müdafiə naziri Ehud Barak, İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinyos, Niderlandın xarici işlər naziri Maksim Verhaqen, həmçinin ABŞ və Avropanın bir sıra digər rəsmi şəxsləri iştirak edirlər. Qeyd edək ki, 1906-cı ildə təsis edilmiş Amerika Yəhudi Komitəsi ABŞ yəhudi icmasının ən nüfuzlu təşikilatlarından biridir. AYK-in ABŞ-ın 32 şəhərində şöbələri və xaricdə 8 nümayəndəliyi fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-1131.html