Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib
23.10.09 03:48

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edilib və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XIX görüşünün əhəmiyyəti vurğulanıb və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
URL / WWW
http://kelam.az/article/a-113.html