Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri arasında görüş keçirilib
30.04.10 03:24

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətləri rəhbərləri arasında görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, görüş AŞ PA-nın sədri Mövlut Çavuşoğlunun iştirakı ilə təşkil olunub. Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan nümayəndə heyətinin rəhbəri ilə görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. S.Seyidov qeyd edib ki, AŞ-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirəsi çox vacib və əhəmiyyətlidir. “Biz qərara gəldik ki, artıq yaz sessiyası başa çatdığından, növbəti iyun sessiyasında yenidən görüşək. Bu sahədə iş davam edir. Növbəti görüşün formatı bir az da genişlənəcək. Növbəti görüşdə Azərbaycan və Ermənistan tərəfindən müxalifətin AŞPA-dakı nümayəndə heyətlərindəki üzvləri də iştirak edəcəklər. Hesab edirəm ki, bu, özlüyündə çox vacib nailiyyətdir və biz əlimizdən gələni edəcəyik ki, hər sessiyada AŞ PA sədrinin iştirakı ilə belə müzakirələr mütəmadi aparılsın. Fikir mübadiləsi, məsləhətləşmələr mütləq aparılmalı və davam etdirilməlidir”,-deyən S.Seyidov bugünkü görüşdə AŞPA sədri ilə yanaşı assambleyanın baş katibi Matyas Sorinas və digər rəsmi şəxslərin də iştirak etdiyini vurğulayıb. Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa edilməsinə gəldikdə, isə S.Seyidov prosesin yeni başladığını və davam etdiriləcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-1129.html