Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda kimya fənni üzrə 44-cü Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib
28.04.10 21:24

Bu gün “Cresn Beach” otelində məktəblilərin kimya fənni üzrə 44-cü Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhis naziri Misir Mərdanov Olimpiadanın Azərbaycanda artıq ikinci dəfədir keçirildiyini xatırladıb. M.Mərdanov ölkəmizdə ilk Olimpiadanın 10 il bundan əvvəl keçirildiyini diqqətə çatdırıb. Olimpiadaya Azərbaycanda daxil olmaqla 14 ölkədən 87 şagirdin qatıldığını qeyd edən M.Mərdanov birinciliyin mayın 3-ə kimi davam edəcəyini söyləyib. Nazir bildirib ki, Olimpiadanın təşkilinə Azərbaycan hökuməti tərəfindən 227 min 750 manat vəsait ayrılıb. Tədbirdə bildirilib ki, Olimpiadanın qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunacaqlar. Olimpiadanın 1-ci və 2-ci turları “Cresn Beach” otelində, 3-cü tur isə Bakı Dövlət Universitetində təşkil olunacaq. Qeyd edək ki, Olimpiadanın Münsiflər Heyətinin tərkibinə Təhsil Nazirliyinin məsul işçiləri, universitet rektorları və Moskva Dövlət Universitetinin əməkdaşları daxildir.
URL / WWW
http://kelam.az/article/a-1127.html