Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Akademik Zərifə Əliyevanın 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlayıb
28.04.10 21:24

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans iştirakçıları və Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra konfrans iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzüblər. Konfransda Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Misir, İtaliya, Ukrayna və İsraildən mütəxəssislər iştirak ediblər. Konfransda səhiyyə naziri Oqtay Şirəliyev, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, Türk Cümhuriyyəti Oftalmoloji Dərnəyinin sədri Sunay Duman, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Alevtina Brovkina və digərləri çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-1126.html