Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Ana - müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib
29.04.10 03:24

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının birgə təşkilatçılığı ilə təşkil olunan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş paytaxt məktəbliləri arasında “Ana-müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinə 55 işin daxil olduğu bildirilib. Onlardan 3-ü Münsiflər Heyəti tərəfindən ən yaxşı inşa seçilib. Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova görkəmli alimin mənalı ömür yolundan və yorulmaz fəaliyyətindən söz açıb. Tədbirdə I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr, fərqlənən 8 məktəbliyə isə həvəsləndirici mükafatlar təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-1125.html