Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan nümayəndə heyəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun iclasına qatılacaq
29.04.10 03:36

Cari il mayın 3-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Parisə səfər edəcək. Məqsəd 2011-ci ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun YUNESKO qərargahında 2-ci iclasında iştirak etməkdir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycan Respublikasının YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları da iştirak edəcək. İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə koordinatorların müəyyənləşdirilməsi və dəvət ediləcək qonaqların siyahısının tərtibi ilə bağlı danışıqlar aparılacaq. Müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirləri, əsası qoyulacaq yeni layihələr, təşəbbüslər və s. məsələlər barədə müzakirələr aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-1123.html