Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Diplomat T.Musayev Nyu-York Universitetində Dağlıq Qarabağ problemi ilə bağlı mühazirə oxuyub
27.04.10 17:39

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev Nyu-York Universitetinin dəvəti ilə beynəlxalq hüquq və münasibətlər üzrə təhsil alan tələbələr qarşısında “Ermənistan və Azərbaycan arasında silahlı münaqişə: köklü səbəblər, nəticələr və həll üçün beynəlxalq hüquqi əsas” mövzusunda mühazirə ilə çıxış edib. Daimi nümayəndəlikdən KƏLAMİNFO-ya bildiriblər ki, mühazirədə Cənubi Qafqazda davamlı münaqişələrin bölgə dövlətlərinin təhlükəsizliyinə, müstəqilliyinə və demokratik inkişafına mane olan, bütün regionun qeyri-sabitliyinin əsas mənbəyi kimi siyasi-tarixi, hüquqi tərəflərinə toxunulub. Müəllim və tələbə auditoriyasının ATƏT-in Minsk Qrupunun fəaliyyəti və münaqişənin tənzimlənməsində maneələr, Xocalı soyqırımı, məcburi köçkünlərin vəziyyəti, qondarma “erməni soyqırımı” və Azərbaycanın xarici siyasət kursu ilə bağlı çoxsaylı suallar cavablandırılıb. Mühazirə iştirakçılarına “Qarabağ barəsində həqiqi faktlar silsiləsi”ndən olan “Azərbaycan əleyhinə müharibə - mədəni irsi hədəf alaraq” filmi nümayiş etdirilib və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT sənədləri”nin toplusu, münaqişəyə həsr olunmuş digər buklet və kitablar paylanıb. Universitet kitabxanasına isə “Xocalı faciəsi – beynəlxalq baxış” kitabı və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə hədiyyə edilib.
URL / WWW
http://kelam.az/article/a-1120.html