Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-da “Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda Dəyirmi masa təşkil olunacaq
27.04.10 17:39

Aprelin 30-da Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda Dəyirmi masa təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-dan veriblər. Tədbirdə məruzəçilər qismində Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz, Bilkənt Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mark Almond və həmin universitetin jurnalistika fakultəsinin müəllimi Devid Barçard çıxış edəcəklər. Tədbirin keçirilməsində məqsəd Kosovo və Dağlıq Qarabağ məsələləri arasında fərqləri və ziddiyyətləri müəyyənləşdirmək, bu istiqamətdə ekspert ictimaiyyətilə fikir mübadiləsi aparmaqdır. Görüşdə XİN-nin məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1119.html