Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Muzey Mərkəzində TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı keçirilir
28.04.10 03:39

Bu gün Bakıda Muzey Mərkəzində TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda seminarı Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Seminarın açılışına TÜRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər qatılıblar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edrək seminarla bağlı fikirlərini bildirib. O, tədbirin ilk günü “Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri” mövzusunda məruzə dinləniləcəyini söyləyib. Qeyd edək ki, günün ikinci yarısında seminar iştirakçıların 2010-cu il üçün Azərbaycanın sənətkarlıq paytaxtı elan olunan Şəkiyə yola düşməsi və aprelin 28-də seminarın işini Şəki şəhərində davam etdirməsi planlaşdırılır.Şəki şəhərində davam olunacaq seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları, “Türk dünyasının xalq yaradıcılığı paytaxtları” Beynəlxalq Proqramı layihələri müzakirə olunacaq. Ertəsi gün iştirakçıların Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanışlığı gözlənilir. Aprelin 30-da şəhərimizin qonaqları üçün İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyaları təşkil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1118.html