Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Yaxın Şərqin nüfuzlu din xadimi: “Ermənistan Qarabağdan rədd olmalıdır!”
27.04.10 17:39

Yaxın Şərqin nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amuli Ermənistanı kəskin ittiham edib. O, ermənilərdən Qarabağı dərhal tərk etmələrini tələb edib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri S.H.Amuli öz növbəti xütbəsində bəyan edib. O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir uğur əldə edə bilmir. Bununla yanaşı, alim xatırladıb ki, Ermənistan müraciətə heç bir reaksiya verməsə də, qonşu Azərbaycan İranın bu münaqişəsinin həlli istiqamətində vasitəçiliyini qəbul etməyə razılaşıb. “Müsəlmanlar yenidən Qarabağ məscidlərindən “Allahu əkbər” sədaları eşitməlidir. Dağlıq Qarabağ yenidən Azərbaycanın tərkibinə qaytarılmalı, Ermənistan isə Qarabağ ərazisindən rədd olmalıdır”, - deyə alim bildirib. Həmin xütbədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-1116.html