Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da 2010/2011-ci tədris ili üçün sənəd qəbulu ilə bağlı seminar keçirilib
28.04.10 03:39

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010/2011-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda müasir informasiya texnologiyaları tətbiq edilməklə TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub. Tədbirdə Komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, sektor müdirləri H.Zeynalov və İ.Allahverdiyev, regional bölmələrin əməkdaşları, 50-dək SQK nümayəndələri iştirak edib. Tədbirdə SQK müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib. Daha sonra SQK üzvlərinə “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə məlumat verilib. Qeyd edək ki, cari ildə abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 130-dək SQK təşkil olunub.
URL / WWW
http://kelam.az/article/a-1115.html