Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » "İRƏLİ"də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqşünası ilə görüş keçirilib
28.04.10 03:39

"İRƏLİ" Hüquq Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqşünası Zaur Nağıyevin iştirakı ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya "İRƏLİ" İB-dən veriblər. Ekspert BMT QAT-ın səlahiyyətləri, fəaliyyətini tənzimləyən normativ aktlar, yaradılmasının məqsədi haqqında ümumi məlumat verib. O, təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərinə aydınlıq gətirib. Tədbirin ikinci hissəsində Çeçenistan, Əfqanıstan, İran gənclərinin beynəlxalq münaqişələrə və praktikaya əsaslanaraq hüquqi statusu, onların təhsil və digər hüquqlarının realizəsi ilə əlaqədar, o cümlədən ölkəmizdə qarşılaşdıqları müxtəlif çətinliklərlə bağlı verdikləri suallar cavablandırılıb. Həmin problemlərin Azərbaycan dövləti və BMT QAT-ın hansı hüquq sənədləri ilə tənzimlənməsi və yardım prosedurları sxematik olaraq ətraflı şərh edilib.Görüşdə mövzu ilə bağlı onlarla kitab və digər çap vəsaitləri iştirakçılara paylanılıb.
URL / WWW
http://kelam.az/article/a-1114.html