Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilir
26.04.10 20:04

Bu gün Bakıda Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçirilib. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bütün ermənilərin katalikosu II Qaregin, Moskva və Bütün Rusiyanın patriarxı Kiril arasında keçirilən görüşdə dinlərarası qarşılıqlı anlaşma, dini tolerantlıq və digər məsələlər müzakirə olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu bildirilir. A.Paşazadə, Kirill və II Qaregin arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Görüşdən sonra brifinq keçirilib. Brifinqdə patriarx Kirill bildirib ki, dini liderlər əsasən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Patriarx Krill qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prossesi əhəmiyyətli dərəcədə gücləndirilib və ölkə liderləri burada mühüm rol oynyır. O, bir sıra çətinliklərə baxmayaraq, münaqişənin həll edilməsi üzrə perspeltivlərin olduğunu söyləyib. "Biz siyasi liderlər deyilik, lakin dini liderlər kimi öz dualarımızla münaqişənin həllinə təsir edə bilərik. Siyasi liderlər isə məsuliyyəti öz üzərlərinə götürərək mövcud problemləri həll edə bilərlər",- deyə patriarx vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə isə bildirib ki, Cənubi Qafqazdakı bütün problemlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi sülh və ədalətli yolla həll ediləcək. Şeyxülislam qeyd edib ki, mən əminəm ki, siz (II Qaregin) də həmçinin bu məsələnin dini xarakter almaması üçün səy göstərəcəksiniz. II Qaregin isə əsas məsələnin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda səyləri davam etdirmək olduğunu söyləyib. Qeyd edək ki, görüş Bakıda keçirilən Dünya dini liderlərinin sammiti çərçivəsində baş tutub.
URL / WWW
http://kelam.az/article/a-1109.html