Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Strasburqda AŞ PA-nın yaz sessiyası öz işinə başlayır
26.04.10 17:48

Bu gündən aprelin 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Rafael Hüseynov, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər. Sessiyada Assambleya Bürosu, Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, ekstremizmlə mübarizə, dünya iqtisadi böhranının təsirləri, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, miqrantlar və qaçqınlar, iqlim dəyişikliyi, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1106.html