Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayını nəşr edib
23.04.10 21:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramları təqdim olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Proqramlar bakalavr səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib. Bunlar “Texniki elmlər” (T), “Təbiət -texniki elmlər” (TT), “Aqrar və balıq təsərrüfatı” (AT), “Ekologiya və təbiətdən istifadə” (ET), “İqtisadiyyat və idarəetmə” (İİ), Maarif” (M) “Təbiət elmləri” (TE) və “Humanitar və sosial elmlər” (HS) ixtisas sahələridir. Kitabçaların giriş hissəsində bakalavrlara magistratura səviyyəsində ixtisaslaşmaları necə seçmələri, uyğun proqramlardan necə istifadə etmələri, qəbul imtahanının ikinci mərhələsinə hansı proqram əsasında hazırlaşmalı olduqları barədə geniş izahat verilib. Sonrakı səhifələrdə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” və qəbul imtahanı proqramları dərc edilib. Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, ixtisaslaşma seçimi haqqında elan və digər zəruri məlumatlar “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1100.html