Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Uydurma tarixin görünən və görünməyən tərəfləri” adlı konfrans keçirilib
23.04.10 19:32

Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosasiyası və TREND İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Uydurma tarixin görünən və görünməyən tərəfləri” adlı konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Assosasiyanın prezidenti Sevil Yusifova bildirib ki, konfransın keçirilməsində məqsəd ermənilərin qaldırdığı qondarma soyqırım iddialarına qarşı ciddi faktlar və elmi araşdırmaları ictimaiyətə təqdim etməkdir. Onun sözlərinə görə, tədbir həmçinin Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha dünyaya nümayiş etdirmək, həqiqətlərin aşkar olunmasında elm adamları və medianın əməkdaşlığına nail olmaqdır. O, qeyd edib ki, Ukrayna Azərbaycanlıları Konqresinin Krım təşkilatının təpkisi ilə bu ölkənin İzyum şəhər Şurası qondarma erməni soyqrımının tanınması ilə bağlı 2009-cu il tarixli qərarını ləğv edib. S.Yusifova bildirib ki, bütün ziyalılar, elm adamları və mətbuat işçiləri həmrəylik nümayiş etdirsələr, qondarma erməni soyqırımının tanınması ilə bağlı qəbul edilən qərarların ləğvinə nail olmaq olar. Tədbirdə Milli Məclisin deputatı Gövhər Baxşəliyeva çıxış edərək uydurma erməni soyqırımı ilə bağlı tarixi faktları təqdim edib. Qeyd edək ki, tədbirdə Türkiyə səfirliyinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və ziyalılar çıxış edərək erməni yalanları ilə bağlı fikirlərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-1099.html