Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimini keçiriləcək
24.04.10 02:32

Aprelin 28-də Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Xarici ədəbiyyat zalında “Görkəmli adamların həyatı“ seriyasından nəşr edilən, məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı kitab Moskvanın “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görüb. Z.Əliyevanın zəngin həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı bədii-publisistik materiallar və fotoşəkillərin toplandığı kitab bu böyük insana həsr olunmuş çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutur. “Zərifə Əliyeva” kitabı “Dastanın başlanğıcı” və “Əbədiyyət dastanı” adlı giriş və son bölmələri arasına daxil edilən 16 fəsildən ibarətdir. Daha bir kiçik bölmədə Zərifə xanımın həyat və fəaliyyəti qısa xronoloji ardıcıllıqla oxucuya təqdim olunur. Fəsillər isə “Hippokrat və oftalmologiya”, “Zərifə və Heydər”, “Xatirələr... Xatirələr...”, “Məhəbbət haqqında əfsanə”, “İnsanlara bəxş olunan işıq”, “İşığın davamı” və digər maraqlı hissələrdən ibarətdir.Xatırladaq ki, aprelin 28-i Zərifə Əliyevanın doğum günüdür.
URL / WWW
http://kelam.az/article/a-1097.html