Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Astarada Uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsi keçiriləcək
23.04.10 19:32

Mayın 17-21-də Astarada Uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müsabiqə Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması məqsədi daşıyır.Müsabiqənin Münsiflər Heyətinə respublikanın xalq artistləri Canəli Əkbərov (sədr), Səkinə İsmayılova, Mənsum İbrahimov, Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva daxil ediliblər. Müsabiqədə I mükafat - 500 manat, I dərəcəli diplom və laureat adı, II mükafat - 300 manat, II dərəcəli diplom və laureat adı, III mükafat – 250 manat, III dərəcəli diplom və laureat adı, IV mükafat – 200 manat, IV dərəcəli diplom və laureat adı, 5 həvəsləndirici mükafat - hər biri 150 manat və diplom təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1096.html