Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hüseyn Bağırov “Ekologiya ili” çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib
24.04.10 02:30

Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə “Ekologiya ili” çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda H.Bağırov bildirdi ki, cari ilin “Ekologiya ili” elan olunması son 4-5 ildə bu sahədə olan inkişafın məntiqi nəticəsidir. O, qeyd edib ki, artıq əvvəlki illərdən fərqli olaraq bu sahədə həyata keçirilən layihələrin sayında və mahiyyətində xeyli artım var. “Artıq ölkədə yaşıllaşdırma prossesi irimiqyaslı xarakter alıb. “Ekologiya ili”ndə Azərbaycanda görülən işlər təkcə acərbaycanlılar üçün deyil, bu dünyada gedən yaşıl hərəkata böyük töhfədir. Atmosfer sərhəd tanımır. Bunu son zamanlar baş verən qlobal hadisələr də təsdiq edir. Bunun üçün də suların təmizlənməsi, ətraf mühütin yaşıllaşdırılması və digər prosseslər qlobal mühitə təsir edəcək amillərdir”,-deyə nazir vurğulayıb.H.Bağırov onu da əlavə edib ki, ölkədə 2010-2014-cü illər üçün bu sahədə əlavə tədbirlər planı da işlənib hazırlanır. Hazırda bu planın üzərində tamamlanma işlərinin getdiyini bildirən nazir bura eyni zamanda Sənaye və Energetika, Kənd Təssərrüfatı nazirlikləri və “Azərsu” ASC-nin də cəlb olunduğunu açıqlayıb. “Eyni zamanda artıq icraya hazır çoxsaylı layihələr var. Bəzilərinin maliyyələşdirmə məsələsindən əvvəl hazırlıq işləri başa çatıb. Bu əsasən yaşıllaşdırma ilə bağlıdır”,-deyə H.Bağırov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1095.html