Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi əməkdaşları üçün beynəlxalq təlimlər planlaşdırır
23.04.10 03:24

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimlərin keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Təlimlərin keçirilməsi məqsədilə Rusiya Kulturologiya İnstitutunun direktor müavini N.Kryukova və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrasının direktoru N.Çikovani Azərbaycana dəvət olunublar. Təlimlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin binasında cari ilin 22-23 aprel tarixlərində keçiriləcək. Təlimlər zamanı Rusiya və Gürcüstanın tanınmış alimləri elmi işin təşkili, elmi tədqiqatlara qrant imkanlarının cəlb olunması, kulturologiyada müasir tendensiyalar və onların təzahür formaları, habelə digər bir sıra aktual məsələlərə dair öz məsləhətlərini verəcəklər. Yerli mütəxəssislər üçün təşkil olunacaq təlimlərin başlıca məqsədi Azərbaycanda milli mədəniyyətşünaslıq məktəbinin yaradılmasıdır.
URL / WWW
http://kelam.az/article/a-1094.html