Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Moskva meri olmağa çalışan Vladimir Jirinovski şəhərdən miqrantları tamamilə çıxartmaq niyyətindədir
22.04.10 18:24

Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski Moskva meri olmaq niyyətindədir. Bu vəzifədə onun ilk məqsədi paytaxtdan bütün miqrantları çıxartmaqdır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Jirnovski Dövlət Dumasının iclasında özü bəyan edib. O, bildirib ki, əgər bu vəzifəyə sahib olarsa, şəhərdə güclü nizam-intizam yaradar, Moskvada isə bir nəfər olsun miqrant olmaz. V.Jirinovski baş nazir Vladimir Putinin parlamentdə çıxışından sonra söz alaraq, Moskva meri Yuri Lujkovu tənqid atəşinə tutub. Xüsusilə, Jirinovski Lujkovu, məhkəmələrə təzyq göstərməkdə ittiham edib, onun ətrafını “Moskva mafiyası” adlandırıb. Jirinovskinin bu sözləri, parlamentdə qalmaqala səbəb olub. Vitse-spiker Andrey Metelski Jirinovskinin bu bəyanatını yalan və şəhər rəhbərliyinə böhtan adlandırıb.
URL / WWW
http://kelam.az/article/a-1091.html