Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi Sabirabadda kənd mədəniyyət işçiləri ilə görüş keçirir
23.04.10 00:24

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri Sabirabad rayonunda kənd mədəniyyət işçiləri ilə görüş keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində, mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Tədbirdə Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov regionların iqtisadi inkişafı ilə bağlı görülən müvafiq tədbirlər, mədəniyyət və turizm sahələrində dövlət siyasətinin əsas istiqamətləri haqqında məlumat verəcək. Eyni zamanda rayon mədəniyyət müəssisələrinin fəaliyyətində olan nöqsan və çatışmazlıqlar da qeyd olunacaq, onların həlli yolları müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-1090.html