Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakı Beynəlxalq Caz Festivalına start verilir
21.10.09 23:51

Bu gündən oktyabrın 27-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivala ABŞ-dan Richard BONA və Branford MARSALIS qrupları, dZihan&Kamien dueti (Avstriya), Jazzinho (Portuqaliya) və Hard Jazz Knights (İsrail) qrupları, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan Vasumathi Badrinathan (Hindistan) və Amir Elsaffar (ABŞ) dəvət olunublar. Festivalın açılış mərasimi bu gün axşam Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək. Konsertin proqramına L.Bernstein – “Kandid” uvertürası, K.Krautgartner – Klarnet və orkestr üçün Konzertino, G.Gershwin – Blüz üslubunda rapsodiya, L.Bernstein – “West Side Story” orkestr üçün süitası daxil edilib. Sabah Caz Mərkəzində İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. İsfarla birgə səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) paylaşacaq. Həmin gün Caz Mərkəzində İsrailin “Jazzing the Beatles” Hard Jazz Knights qrupu çıxış edəcək. Oktyabrın 23-də Aktyor evində Cəmil Əmirov və “Savab” qrupu çıxış edəcək. Ertəsi gün isə Face Club-da məşhur “dZihan&Kamien” dueti maraqlı konsert proqramı ilə çıxış edəcək. Oktyabrın 25-də Azərbaycan Dövlət Rus Dram Teatrında Richard Bona qrupu çıxış edəcək. Beynəlxalq Muğam Mərkəzində Salman Qəmbərov (fortepiano, klavişli) və "Bakustic Jazz" qrupu Vasumathi Badrinathan və Amir Elsaffar ilə birgə konsert verəcək. Nəhayət oktyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında festivalın yekun konserti keçiriləcək. Konsertdə Branford MARSALIS qrupu çıxış edəcək.
URL / WWW
http://kelam.az/article/a-109.html