Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Azərbaycan və Türkiyə beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdır”
22.04.10 18:24

“Azərbaycanla Türkiyə beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankara qeyd-şərtsiz Azərbaycanın mövqeyini dəstəkləməkdədir və Azərbaycanın prinsipial mövqeyi bəhs edilən prossesdə Türkiyə tərəfindən ilkin nəzərə alınan amil kimi çıxış edir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. A.Mirzəzadənin sözlərinə görə, tarixi siyasi təcrübə və hazırki reallıqlar onu göstərir ki, Türkiyə istər regiona yönəlik, istər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, istərsə də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunması məsələləri ətrafında planlaşdırılmamış və proqnozlaşdırılmamış hər hansı bir addım atmayacaq. “Bu cəhdlər şübhəsiz, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması ilə nəticələnə bilər ki, bu da regional və qlobal miqyasda sülh, tərəfdaşlıq və əməkdaşlığa can atan bütün dövlətlər tərəfindən arzuolunan haldır",- eyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1088.html