Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkə telekanallarında milli filmlərin nümayişi problemə çevrilib
21.04.10 20:16

Hazırda ölkə telekanallarında milli filmlərin nümayişi problemə çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşrəvan Məhərrəmli çıxış edib. N.Məhərrəmli qeyd edib ki, hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına 8 bədii film çəkilir. “Son beş ildə təxminən 40-dan çox film çəkilib. Buna baxmayaraq, mən hələ də bu müddət ərzində çəkilən filmləri telekanallarımızın efirində görməmişəm. Mən bu məsələni Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə edəcəm. Əgər dövlət büdcəsindən pul ayrılıb bu filmlər çəkilirsə, telekanallarımızda da onların nümayiş etdirilməsinə kəskin ehtiyac var”,-deyə MTRŞ sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1086.html