Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nuşirəvan Məhərrəmli: “Ölkədə teleradioların fəaliyyəti ictimaiyyəti ciddi narahat edir”
22.04.10 03:16

Ölkədə teleradioların fəaliyyəti ictimaiyyəti ciddi narahat edir. Buna “Qaynar xətt”imizə daxil olan çoxsaylı müraciətlərdə də şahid oluruq. Bu barədə açıqlama ilə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli çıxış edib. “MTRŞ yarandığı ilk gündən qarşısına məqsəd qoyub ki, inzibati yollarla deyil, qarşılıqlı anlaşma şəraitində problemləri həll etsin. Hazırda ən narahedici məsələ verilişlərin keyfiyyətidir. Ötən il aparılan danışıqlardan sonra bu vəziyyət yaxşılğa doğru hiss olunurdusa, cari ilin fevral, mart və aprel aylarında aparılan araşdırmalar göstərdi ki, şou xarakterli verilişlərin artma tendensiyası var. Son zaman qalmaqallardan bəhs edən verilişlərin sayı artmaqdadır, aparıcıların səhnə, geyim mədəniyyətinin aşağı səviyyədə olması hiss edilir. İstərdik ki, televiziyalarda 50%-dən çox yerli istehsallı filmlər, kliplər nümayiş olunsun. MTRŞ reklam bazarına bilavasitə təsir edə bilmir, ancaq mədəniyyət kanalının yaradılması digər kanalların reklam bazarına təsir edə bilər”,-deyə MTRŞ sədri əlavə etdi. N.Məhərrəmli uşaqlar üçün proqramlara da xüsusi diqqət yetirilməli olduğunu vurğuladı. Onun sözlərinə görə, hazırda Azərbaycan telekanallarında əsasən xarici cizgi filmləri verilir. “Uşaqlarımız əsasən xarici cizgi filmlərinin qəhrəmanlarını tanıyırlar. Bu da uşaqların milli ruhda böyüməsinə mənfi təsir göstərir. İstənilən telekanalın il ərzində 1-2 belə cizgi filmi çəkməsinə ehtiyac var. Hər cizgi filminin çəkilməsi üçün 60-70 min manat lazımdır ki, telekanallar istəsələr bu vəsaiti tapa bilərlər”,-deyə N.Məhərrəmli vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1085.html