Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Efir məkanına cəmiyyətin ən nümunəvi insanlarını gətirmək lazımdır”
22.04.10 03:14

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-nəzəri konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov teleradio institutunun Azərbaycan cəmiyyətindəki rolunu hər zaman araşdırmağa ehtiyac olduğunu bildirdi. Ə.Həsənov qeyd etdi ki, milli-mənəvi dəyər daşıyan teleradio vasitəsi elə bir institutdur ki, cəmiyyət həyatının aparıcı bir hissəsidir və bunun üçün də bu konfrans xüsusi əhəmiyyətə malikdir. “Biz daim teleradio məkanında inkişafı diqqət mərkəzində saxlayırıq. Bu sahədə MTRŞ da az iş görmür. Lakin bəzi kanalların fəaliyyəti bazar iqtisadiyyatı ilə əlaqədar olaraq cəmiyyətin ictimai tələbləri arasında məqamlarla üst-üstə düşmür. Burada televiziyaların maddi təlabatları da xüsusi rol oynayır. Buna baxmayaraq, teleradio cəmiyyətin aparıcı vasitəsi olduğu üçün o, cəmiyyətimizin gələcəyi üçün də həlledici amildir. Hansısa bir televiziya proqramı həftənin beş günü və hər gün də müəyyən vaxtı efiri tutursa, bu artıq məsuliyyətli proqramdır. Çünki ictimaiyyəti yönləndirmək roluna malik olur. Bunun üçün də belə proqramları aparan şəxs kifayət qədər ensklopedik biliyə və digər üstünlüklərə malik olmalıdır. Əgər gələcək nəsilləri sağlam, milli-mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efir məkanına cəmiyyətin ən nümunəvi insanlarını gətirmək lazımdır”,-deyə Ə.Həsənov vurğulayıb. MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirdi ki, respublika ərazisində hazırda teleradio kanallarının sayı qənaətbəxşdir. O, ölkədə 8 ümumölkə üzrə yayımlanan televiziya, 14 regional televiziya və 13 radio olduğunu diqqətə çatdırdı. N.Məhərrəmli çıxışında daha çox teleradioların fəaliyyətindən bəhs etdi. Konfransda çıxış edən İctimai TV-nin Baş direktoru İsmayıl Ömərov qeyd etdi ki, istənilən teleradionun fəaliyyətində təsadüfi insanların peşəkarlığından istifadə etmək düzgün deyil. O, bu istiqamətdə Avropa teleməkanından da misallar gətirdi. İ.Ömərov N.Məhərrəmlinin telekanallar tərəfindən filmlərin çəkilməsi təklifinə də münasibət bildirdi. “Bir televiziya olaraq şəxsən biz hansısa bir filmi çəkmək üçün imkanlara tam malik deyilik. Lakin istənilən film şirkətlərinə bu istiqamətdə sifarişlər verə bilərik”,-deyə İ.Ömərov vurğuladı. Tədbirdə MTRŞ-ın üzvləri ilə yanaşı, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Mətbuat Şurasının sədri Əflatun Amaşov, teleradio şirkətlərinin rəhbərləri və digər ictimai xadimlər iştirak edirdilər. Konfrans təklif və müzakirələrlə davam etdi.
URL / WWW
http://kelam.az/article/a-1084.html