Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərə qəbulla bağlı 130-a yaxın Sənəd Qəbulu Komissiyaları fəaliyyət göstərir
20.04.10 19:21

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən TQDK-ın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov ərizə qəbulu elanının tam mətninin hazırda çapdan çıxmış “Abituriyent” jurnalının 2-ci sayında nəşr olunduğunu bilidirdi.O, qeyd etdi ki, jurnalın hazırkı sayında həmçinin elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi, qabiliyyət imtahanlarının keçirilmə qaydaları da dərc olunub. A.Bağırov vurğuladı ki, jurnalın bu sayında ötənilki abituriyentlərin ən səciyyəvi səhvləri və səhvlərə yol verməmək üçün nə etmək lazım olduğu da şərh olunub. “Sənədlər elektron ərizə formasında qəbul olunacaq. Abituriyentlər elektron ərizə formasını dolduracaqlar. Elektron ərizənin doldurulması üçün şəxsiyyəti təsdiq edən sənədin olması mütləqdir. Ərizələrini doldurduqdan sonra abituriyentlər Sənəd Qəbulu Komissiyasına müraciət edib elektron ərizəsini təsdiq elətdirir. Ümumilikdə bu gündən başlayan ərizə qəbulu ilə bağlı təfsilatla “Abituriyent” jurnalının 2-ci sayındakı elanda geniş verilib. Elanda cari ildə bitirən abituriyentlərin, əvvəlki illərdə bitirən abituriyentlərin, ali, orta ixtisas təhsili müəssisələrinin məzunları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlərin ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər göstərilib. Bu il ölkənin bütün rayonlarında 130-a yaxın Sənəd Qəbulu Komissiyaları (SQK) fəaliyyət göstərir. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər”,-deyə A.Bağırov açıqladı.
URL / WWW
http://kelam.az/article/a-1082.html