Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sənəd Qəbulu Komissiyalarında hərbi masalar fəaliyyət göstərəcək
20.04.10 19:21

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu zamanı Sənəd Qəbulu Komissiyalarında hərbi masalar da fəaliyyət göstərəcək. Burada müvafiq hərbi komissarlıqların nümayəndələri təmsil olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdüri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, burada sənəd verən abituriyentlər arasında hərbi mükəlləfiyyətli gənclərin sənədləri yoxlanılacaq. “Onların ərizəsi hərbi komissarlığın nümayəndələrinin icazəsi olduqdan sonra təsdiq olunacaq”,-deyə TQDK-ın şöbə müdüri vurğulayıb. A.Bağırov onu da qeyd edib ki, şəxsiyyət vəsiqəsində şəkili olmayan, 16 yaşı tamam olmamış abituriyentlər üçün də bütün rayonlarda ayrıca komissiya fəaliyyət göstərir. “Sənədlərində şəkili olmayan abituriyentlər həmin komissiyalara müraciət edəcəklər. Orada onların şəkilləri çəkilərək elektron ərizələrə daxil ediləcək”,-deyə A.Bağırov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1080.html