Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fuad İsmayılov Koreyaya səfər edəcək
21.10.09 20:51

Noyabrın 8-16-sı tarixlərində Azərbaycan Milli Elm Fondunun (MEF) direktoru Fuad İsmayılov və qurumun proqram rəhbəri Səfa Hacıyev Cənubi Koreyada səfərdə olacaqlar. Bu barədə məlumatı F.İsmayılovun özü verib. O qeyd edib ki, səfərdə məqsəd noyabrın 11-14-ü tarixlərində paytaxt Seul şəhərində “Elmin iqtisadiyyat və istehsalatda tətbiqi və ondan gəlirin əldə edilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdən ibarətdir. Onun sözlərinə görə, konfransda dünyanın müxtəlif ölkələrinin dövlət qurumlarından nümayəndələr, çoxsaylı QHT və şirkət rəhbərləri iştirak edəcəklər. Konfransın Seul Milli Araşdırmalar Fondunun təşəbbüsü ilə həyata keçiriləcəyini diqqətə çatdıran F.İsmayılov orada elmi məruzə ilə çıxış edəcəyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-108.html