Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ölkədə yaşayan əcnəbilər ali və orta ixtisas məktəblərinə ərizə qəbulu üçün TQDK-ya müraciət etməlidirlər
20.04.10 19:21

Hazırda Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali və orta ixtisas məktəblərinə ərizə vermək üçün yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mərkəzi binasına müraciət etməlidirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK-ın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov açıqlayıb. A.Bağırov qeyd edib ki, cari il ərizə qəbulu zamanı Gürcüstanda yaşayan azərbaycanlılar Qazax Təhsil şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar Təhsil şöbəsində yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət edəcəklər. “Xüsusi təyinatlı ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün isə həmin ali məktəblərdə SQK-lar yaradılıb. Bundan başqa Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən imtahanın vaxtı da müəyyənləşib. Onlar bu imtahanları mayın 23-ü və iyunun 20-də verəcəklər. Mayın 23-də imtahan verən abituriyentlər elektron ərizələrini mayın 14-dək təsdiq etdirməlidirlər”,-deyə A.Bağırov bildirib.
URL / WWW
http://kelam.az/article/a-1077.html