Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Parlament “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsini təsdiqlədi
21.04.10 03:19

Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. KƏLAMİNFO xəbər verir ki, sənəd barədə məlumat verən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanunun Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimlədiyini vurğulayıb. İclasda həmçinin “Azərbaycan hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Saziş təsdiqlənib, “Azərbaycan hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında” Saziş, “İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanun qəbul olunub. Qeyd edək ki, iclasda Hesablama Palatasının illik hesabatı dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-1075.html