Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Mominun” və “Nur” İlahi Nəğmələr Qrupları ABŞ mətbuatında İslam Peyğəmbərinin (s) təhqir olmasını pisləyən bəyanat yayıb
20.04.10 03:51

“Mominun” İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Hacı Məhdi Dərbəndi və “Nur” İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Məşhədi Rahim Dərviş ABŞ mətbuatında İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) təhqir olunması ilə bağlı bəyanat yayıblar. KƏLAMİNFO xəbər verir ki, bəyanatda bildirilir ki, ABŞ mətbuatında İslam dini müqəddəslərinə qarşı təhqir kuliminasiya həddinə çatıb. Amerika telekanallarının birində “South Park” animasiya serialında İslam Peyğəmbərinin (s) təhqirinə yol açan kadrlar nümayiş olunub. “South Park” animasiya serialı bir neçə il öncə də Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmmədin (s) təhqrinə yol açan filmlər yayımlayıb. Bu dəfə İslam Peyğəmbəri (s) ilə yanaşı, dinimizin ehtiramını qorumağı hər bir müsəlmana əmr etdiyi məsum peyğəmbərlərdən Həzrət İsanı (ə) da ayı kostyumu geyinmiş vəziyyətdə ekranlarda nümayiş etdirib. Bəyanatda qeyd olunur ki, bu kimi halları kəskin tənqid edərək biz bir daha bu cür halların yolverilməz olduğunu bildirərək demokratik dəyərlərilə dünyaya meydan oxuyan ABŞ-a mövcud aşağılamalara son qoymağı tələb edirik.
URL / WWW
http://kelam.az/article/a-1072.html