Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Azərbaycanla tərəfdaşlığını yüksək qiymətləndirir
20.04.10 03:50

Aprelin 17-də Azərbaycana bir günlük səfər edən ABŞ Müdafiə Nazirliyinin rəsmisi Mişel Flurni Azərbaycanı Birləşmiş Ştatların mühüm tərəfdaşı adlandırıb və Azərbaycana Əfqanıstandakı töhfələri və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığına görə təşəkkürünü bildirib. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən veriblər. ABŞ müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə müavini Mişel Flurni səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə baş məsləhətçisi olan xanım Flurni Birləşmiş Ştatların Azərbaycanla strateji münasibət üzrə öhdəliyini bir daha təsdiqləyib. O, regional sabitlik və inkişafa təkan verilməsi istiqamətində ABŞ-la Azərbaycan arasında qarşılıqlı maraqları müzakirə etməyə müvəffəq olub.M.Flurni bildirib ki, Birləşmiş Ştatlar Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün yüksək səviyyədə iştirakını davam etdirir. Azərbaycanda keçirdiyi görüşlərin nəticəsi olaraq xanım Flurni bəyanatla çıxış edib. "ABŞ Müdafiə Nazirliyi Azərbaycanın Əfqanıstanda, zorakı ekstremizmlə mübarizədə, regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi beynəlxalq səylərini yüksək qiymətləndirir. Azərbaycan Əfqanıstan hökuməti və xalqı üçün öhdəlik götürməklə liderliyini nümayiş etdirir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində sabitlik və yenidənqurma sahəsində zəruri olan təhlükəsizliyi bərqərar etmək və onun dayanıqlığını təmin etmək məqsədilə Azərbaycanın hərbi kadrları Birləşmiş Ştatlar, müttəfiqlərimiz və digər tərəfdaşlarla çiyin-çiyinə dayanır. Azərbaycan İSAF və Əfqan təhlükəsizlik kadrlarını yenidən təchiz edən və Əfqanıstanın yenidən qurulması üçün zəruri materiallarla təmin edən qlobal hava və yerüstü şəbəkəsində mühüm yer tutur”,-deyə bəyanatda bildirilir.
URL / WWW
http://kelam.az/article/a-1069.html