Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatır
20.04.10 03:48

Bu gün ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu başa çatır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Respublika ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu aprelin 12-dən aparılmağa başlanıb. Bakalavrlar şəxsiyyət vəsiqəsindən və “TQDK-nın ödəmə kartı”dan istifadə etməklə komissiyanın müvafiq internet səhifəsində “Bakalavrın elektron ərizəsi” formasını doldurur, daha sonra Sənəd Qəbulu Komissiyasına müraciət etməklə həmin ərizəsini təsdiq etdirirlər. Bu gün saat 09:30-dək 12 794 bakalavr elektron ərizəsini təsdiq etdirib. Qeyd edək ki, magistraturaya birinci mərhələnin imtahanı mayın 2-də keçirilicək.
URL / WWW
http://kelam.az/article/a-1068.html