Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vitse-spiker Z.Əsgərov: “NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsini istəyirik”
16.04.10 20:21

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnaməsi, həmçinin Moskva Bəyannaməsi var və istərdik ki, NATO Parlament Assambleyası da münaqişəyə öz münasibətini bildirsin. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov söyləyib. “NATO PA-nın Təhlükəsizlik və müdafiə komitəsində biz buna nail olmuşuq və müvafiq qətnamə qəbul olunub. Amma bu, komitə səviyyəsində olub. İstəyirik ki, Parlament Assambleyası səviyyəsində də bu məsələ öz həllini tapsın. NATO PA-nın bir neçə iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Çox təəssüf ki, yekunda bizi qane edən qərar qəbul edilməyib. Biz istəyirik ki, buna nail olaq və nəhayət bu təşkilat da məsələyə öz münasibətini bildirsin”,-deyə Z.Əsgərov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1066.html