Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi dövlətin diqqətindədir”
17.04.10 02:21

Azərbaycanın Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb və Azərbaycan dünya standartlarına uyğun seçki keçirməyə tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib. Ə.Həsənov qeyd edib ki, Azərbaycanda seçki mühiti, ictimai-siyasi vəziyyət bunu deməyə əsas verir. Onun sözlərinə görə, insanların seçib-seçilmək hüququnun tanınması, bərabər seçki mühitinin yaradılması, seçki prossesinin şəffaflığı, səslərin sayılması və protokolların düzgün tərtib olunması Azərbaycan dövlətinin diqqət mərkəzindədir və bu istiqamətdə zəruri tədbirlər görülür. O, növbəti parlament seçkilərində də bütün namizədlərə bərabər şəraitin yaradılacağını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-1065.html