Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA-nın şöbə müdiri: “ABŞ-ın son zamanlar atdığı addımlar Azərbaycan ictimaiyyətini narahat edir”
16.04.10 20:21

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ ehtiyatlı olmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. PA-nın rəsmisi bildirib ki, bölgədə sülhyaratma missiyasını reallaşdıran ABŞ-ın son zamanlar atdığı addımlar Azərbaycan ictimaiyyətini narahat edir. “Bir tərəfdən Amerikada Azərbaycanı strateji müttəfiq hesab edirlər. Azərbaycan əsgərləri ABŞ-ın dünyada apardığı sülhyaratma prossesində onlarla çiyin-çiyinə iştirak edir. Beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilk müsəlman dövləti olaraq Azərbaycanı yanında gördü. Azərbaycan bu siyasətinə görə, az qala müsəlman ölkələri ilə münasibətlərini korlamışdı. Amerikanın enerji siyasətində də Azərbaycan həmişə onun yanında olub. Azərbaycan ümumiyətlə bütün məsələlərdə ABŞ-ın maraqlarını nəzərə alıb”,-deyən Ə.Həsənov Amerikanın ictimai-siyasi, eləcə də qeyri-hökumət təşkilatları ilə də yaxın münasibətlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi səy göstərmədən Ermənistanı vəziyyətdən çıxarmaba çalışır. Ə.Həsənov bildirib ki, Azərbaycan ABŞ-ın bu cür siyasətinə qarşı adekvat addımlar atmaqdadır və bu görünməkdədir. PA-nın rəsmisi Azərbaycanda ABŞ-ın Minsk Qrupundakı fəaliyyətinin nəticə vermədiyi ilə bağlı da ictimayi rəy formalaşdığını da nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-1064.html