Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Turizm haqqında” qanuna dəyişikliklər ediləcək
17.04.10 03:21

“Turizm haqqında” qanuna əlavə və dəyişikliklər üzərində iş aparılır. Bu məqsədlə xüsusi bir komissiya yaradılıb və bu komissiya bütün təklifləri topladıqdan sonra Milli Məclisə təqdim edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov verib. Onun sözlərinə görə, ötən dövr ərzində turizm sahəsinə aid qanunvericilik sənədlərinin təkmilləşdirilməsi üçün lazımi işlər görülüb və görülməkdədir. Bunlar turizm sahəsində fəaliyyət göstərən şirkətlərin sertifikatlaşdırılması, qeydiyyatı və digər məsələləri əhatə edir. “Bu qanunda müasir dövrün tələblərinə cavab verən məsələlər, dəyişikliklər öz əksini tapacaq və mən inanıram ki, bundan sonra daha yeni turizm obyektləri fəaliyyətə başlayacaq və onların daha yeni formada, müasir standartlara cavab verən iş üslubunda fəaliyyət göstərəcəyinin şahidi olacağıq”,-deyə F.Qürbətov bildirib.
URL / WWW
http://kelam.az/article/a-1062.html