Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK seminarlara başlayıb
21.10.09 20:51

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Gəncə və Lənkəran regional bölmələrində fənlər üzrə elmi-metodiki seminarlar təşkil edilib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarlarda iştirak etmək arzusunda olan Astara, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının müəllimləri və mütəxəssisləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Lənkəran Regional Bölməsinə müraciət edib qeydiyyatdan keçməlidirlər. Fənlər üzrə elmi-metodiki seminarlar 2 həftədə TQDK-nın qrafik üzrə keçiriləcək. Seminarlarda testlərlə iş sahəsində təcrübəyə malik ali təhsil müəssisələri və elmi-metodiki mərkəzlərin mütəxəssisləri iştirak edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-106.html