Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranda hər yeni doğulan uşağa 1000 dollarlıq bank hesabı açılacaq
15.04.10 21:27

İranda hər yeni doğulan uşağa 1000 dollar həcmində bank hesabı açılacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın dövlət başçısı Mahmud Əhmədinejad dövlət televiziyası ilə çıxışında bunu bəyan edib. O, qeyd edib ki, doğulan hər uşaq üçün bankda hesab açılacaq və həmin hesaba 1000 dollar köçürüləcək. M.Əhmədinejad ölkədə mövcud olan “2 uşaq bəsdir” anlayışını tənqid edib. Onun fikrincə, bu, Qərb ölkələri tərəfindən irəli sürülmüş yanlış anlayışdır. Onun sözlərinə görə, Qərb ölkələri dünyaya daha az uşaq gətirilməsi ideyasından peşman olub və əhali artımı üçün ailələrə maliyyə yardımı etməyə başlayıblar. İran prezidenti vəd verib ki, doğulan hər uşağın adına açılacaq bank hesabına hər il müəyyən miqdarda vəsait köçürüləcək. Bundan başqa, hər ay uşaqlara azı 20 dollar vəsait ayrılacaq. Ailələr isə yalnız müstəsna hallarda bu hesaba müdaxilə edə biləcəklər.
URL / WWW
http://kelam.az/article/a-1057.html