Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Belarus prezidenti A.Lukaşenko Kurmanbek Bakiyevi müdafə edib
16.04.10 02:16

Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstan hakimiyyətinin inqilabçılara güc tətbiq etməsinə haqq qazandırıb. KƏLAMİNFO xəbər verir ki, A.Lukaşenko Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevə qarşı irəli sürülən ittihamları rədd edib. Bakiyevi günahlandırmağın yanlış olduğunu söyləyən A.Lukaşenko hakimiyyətin özünü qorumaq üçün güc tətbiq etmək məcburiyyətində qaldığını söyləyib “Bir iqtidar ki, özünü və xalqı qorumayacaq, o, nəyə lazımdır?” A.Lukaşenko bildirib ki, oxşar hadisələr Belarusda baş versə, hücum edənlər lazımi cavablarını alacaqlar. K.Bakiyevin Qırğızıstanı parçalaması ittihamını da qəbul etməyən Belarus prezidenti bildirib ki, əksinə, Bakiyev öz ölkəsinə kredit almaq üçün müxtəlif dövlətlərə ayaq döyüb. Belarus prezidenti Rusiya və ABŞ-ın Qırğızıstandakı olaylara reaksiyalarını da yanlış adım adlandrıb. O hesab edir ki, Moskva və Vaşinqton çevrilişi pisləməli idi: “Yenə ABŞ bir qədər gözləmə mövqeyindədir, Rusiyanın isə mövqeyi hər kəsə bəllidir”.
URL / WWW
http://kelam.az/article/a-1055.html