Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatının əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər
16.04.10 02:15

Ombudsman Aparatının əməkdaşları İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, MPM qrupunun üzvləri Müvəkkilin ünvanına daxil olan müraciəti araşdırıblar. Onlar bu müəssisədə saxlanılan şəxslərlə görüşərək söhbət aparıb, həmin şəxslərə hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər. Məhkumlar saxlanma şəraitindən, müəssisənin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Müəssisənin yataq korpuslarına, məhkumların yaxınları ilə görüş yerlərinə, tibb hissəsinə, istehsalat yerlərinə, mətbəxə, yeməkxanaya və hamama baxış zamanı pozuntu halları aşkar edilməyib. Qeyd olunub ki, yataq korpuslarının dam örtüyü təzələnir, görüş yerləri və hamam təmir olunmaqdadır. Müvəkkilin nümayəndələri müəssisənin cərimə təcridxanasına baxış keçirib, orada saxlanılan məhkumlarla söhbət aparıblar.
URL / WWW
http://kelam.az/article/a-1054.html